ABŞ prezidenti Cozef Baydenin rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılmayıb.
SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu bu gün Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.
Onun sözlərinə görə, Amerika lideri əmindir ki, Rusiya Amerika tərəfinin irəli sürdüyü ciddi təklifi (məhbus mübadiləsi ilə bağlı) qəbul etməli və ya danışıqlar üçün ciddi əks təklif təqdim etməlidir.
Bununla yanaşı, Vaşinqton məhbus mübadiləsi perspektivləri ilə bağlı Moskva ilə əlaqə saxlamağa davam edir-deyə Jan-Pyer bildirib.
Bundan əvvəl jurnalistlər Baydendən G20 sammitində Putinlə görüşün baş tuta biləcəyini soruşmuşdular. O isə,.. “hələ görünmür” –deyə bildirmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB