Avropanın altı illik büdcəsi Ukraynaya yardıma görə...tükənir...
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa İttifaqının növbəti yeddi il üçün büdcəsinin artıq başa çatmaq üzrə olduğunu bildirib. Onun sözlərinə görə, bu, Ukraynada davam edən hərbi yardımla bağlıdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Financial Times” yazıb.
“...2021-2027-ci illər üçün nəzərdə tutulan büdcə eyni vaxtda bu qədər işi həll etmək üçün hazırlanmamışdı”-deyən Ursula von der Leyen, Avropa İttifaqının artıq büdcəni tənzimləmək üçün plan hazırladığını da etiraf edib.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq, Ukraynadakı vəziyyətin NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin ikigünlük görüşünün əsas mövzusu olacağını bildirmişdi. Təbii ki, görüşdə alyansın Kiyevə hərbi yardımın artırılması da müzakirə ediləcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB