Bolqarıstan rusiyalı diplomatlar üçün vizasız rejimi ləğv edib

Bolqarıstan rusiyalı diplomatlar üçün vizasız rejimi ləğv edib

Bolqarıstan hökuməti diplomatik və xidməti pasportlara malik rusların ölkəyə girişi üçün viza rejiminin tətbiqi barədə qərar qəbul edib. Bolqarıstan Milli Televiziyasının məlumatına görə, iki ölkə arasında sazişin müddəalarından birinin qismən dayandırılması barədə qərar bu gün qəbul edilib.

Beləliklə, indi Rusiyadan etibarlı diplomatik və xidməti pasportlara malik olan şəxslərə ölkəyə vizasız giriş, çıxış, tranzit və müvəqqəti qalma icazəsi verilməyəcək.

Xatırladaq ki, diplomatik pasportları olan ruslar üçün viza rejimi daha əvvəl - 2022-ci il fevralın 25-də tətbiq edilib. İndi söhbət Rusiya xidməti pasportu sahiblərinə də toxunub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, viza rejimi oktyabrın 20-dən qüvvəyə minəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə