Miller qaz təchizatı ilə bağlı Qərbə şərt irəli sürüb

Miller qaz təchizatı ilə bağlı Qərbə şərt irəli sürüb

Rusiyadan qaz nəqlini bərpa etmək üçün Qərb ölkələri Rusiyadan enerji nəqlinin təhlükəsizliyinə zəmanət verməlidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Qazprom”un rəhbəri Aleksey Miller deyib.

“...Qərb “Şimal axını”nın davamlı təhlükəsiz istismarı üçün aydın arzu və zəmanət verməlidir”. Qeyd edək ki, Miller bu fikirləri Rusiya Enerji Həftəsində səsləndirib.

Maraqlıdır ki, “Rossiya 24” telekanalında yayımlanan Enerji Həftəsində Miller bu mesajın ilk növbədə Avropa İttifaqına, xüsusən də Almaniyaya yönəldiyini deyib.

Xatırladaq ki, bundan əvvəl “Qazprom” “Şimal axını”nda qaz sızmasının dayandığını açıqlamışdı.

...“Şimal axını”nda qəza sentyabrın 26-da baş verib. Orada təzyiq aşağı düşüb, qaz kəmərinin iki simində qaz sızması aşkar edilib. Baş verənlərin ilkin versiyası təxribatdır. Kremlin fikrincə,..bunda ən çox maraqlı ABŞ-dır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə