...Krım körpüsündə partlayış üçün partlayıcı maddələrin Gürcüstan sərhədindən keçirildiyi barədə məlumatların heç bir əsası yoxdur.
SİA RBC-yə istinadən xəbər verir ki, bunu Gürcüstanın maliyyə nazirinin müavini Giorgi Kakauridze deyib.
O vurğulayıb ki, Gürcüstanın gömrük sərhədindən bir dənə də olsun yük maşını və ya partlayıcı ilə dolu olan vaqon keçməyib. Əgər kimsə hələ də yük maşınının dövlət sərhədini keçdiyini sübut etsə, səlahiyyətlilər araşdırma aparacaq və günahkarları məsuliyyətə cəlb edəcəklər.
Xatırladaq ki, oktyabrın 8-də səhər saatlarında Krım körpüsündə yük maşını partlayıb. Qəza nəticəsində 4 nəfər ölüb. Yoldan keçən qatarın yanacaq çənləri də yanıb, körpünün yaxınlığında iki vaqonun arakəsi dağılıb.
İstintaq Komitəsi terrorizm maddəsi ilə cinayət işi açıb. İş çərçivəsində, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, hücumun hazırlanmasında iştirak edən 8 nəfər saxlanılıb. İstintaqın qənaətinə görə, bomba tikinti plastik film rulonları kimi maskalanıb. İddia olunur ki, yük avqustun əvvəlində Odessa limanından Bolqarıstanın Ruse şəhərinə, oradan Gürcüstanın Poti limanına, oradan da Ermənistana göndərilib və burada yük Avrasiya İqtisadi İttifaqının qaydalarına əsasən rəsmiləşdirilib. Sonra Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars keçid məntəqəsindən Armavirə, oradan isə Simferopola göndərilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB