Kral III Çarlzın tacqoyma mərasiminin vaxtı AÇIQLANIB

Kral III Çarlzın tacqoyma mərasiminin vaxtı AÇIQLANIB

Kral III Çarlzın tacqoyma mərasimi gələn il mayın 6-da keçiriləcək. SİA-nın Böyük Britaniya bürosunun xəbərinə görə, bu barədə Bukinqem Sarayı məlumat yayıb.

Dini mərasim Londonda “Westminster Abbey”də keçiriləcək və mərasimi Kenterberi arxiyepiskopu Castin Uelbi aparacaq.

Kral həyat yoldaşı Kraliça Kamilla ilə birlikdə tac taxacaq.

Qeyd edək ki, tacqoyma mərasiminin əvvəlki mərasimlərdən daha təvazökar və daha qısa olacağı ehtimal edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə