Zaporojye AES-in hazırda Rusiyanın enerji sisteminə qoşulmaq üçün texniki imkanları yoxdur.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə çərşənbə axşamı TASS-a Rosenergoatom konserninin baş direktorunun müşaviri Renat Karçaa bildirib.
“Zaporojye AES Rusiyanın enerji sistemi ilə təchiz edilmir. Hazırda belə texniki imkanlar yoxdur”, - deyə o bildirib.
Karçaanın sözlərinə görə, mütəxəssislər hazırda AES-in real vəziyyətini və onun fəaliyyətinin təmin edilməsi ilə bağlı bütün texniki şərtləri təhlil edirlər.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Zaporojye AES -dəki nüvə obyektlərinin federal mülkiyyətə verilməsi haqqında fərman imzalayıb. O, həmçinin stansiyanın mülkiyyətinə veriləcək “Zaporojye AES” federal dövlət unitar müəssisəsinin yaradılması barədə göstəriş verib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB