Hindistanın şimalında güclü yağışlar davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, yağan güclü yağışlar nəticəsində son 48 saatda 21 nəfər ölüb. Paytaxt Yeni Dehlidə bir evin uçması nəticəsində biri uşaq olmaqla 3 nəfər ölüb.
Qeyd edək ki, güclü yağışlar səbəbindən Yeni Dehlinin bir çox bölgələrində tıxaclar və gölməçələr yaranıb.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB