Olaf Şolts: ''Müharibə bütün dünyaya təsir edir''

Olaf Şolts: ''Müharibə bütün dünyaya təsir edir''

Almaniya kansleri Olaf Şolts Rusiya ilə Ukrayna arasındakı müharibənin bütün dünya üçün nəticələri olduğunu söyləyib.

Olaf Şolts Maşınqayırma Mühəndisləri Dərnəyinin (VDMA) paytaxt Berlində keçirilən toplantısındakı çıxışında Rusiya ilə Ukrayna arasında fevralın 24-dən bəri davam edən müharibənin hər kəsə təsir etdiyini bildirib.

Rusiya prezidenti Vladimir Putinin aclıqdan silah kimi istifadə etdiyini bildirən Olaf Şolts bildirib ki, Ukrayna və Rusiyadan göndərilən taxılın yenidən dünyaya ixrac edilə bilməsi vaxt alır.

Bir sıra ölkənin yalnız taxıldan deyil, həm də gübrədən asılı olduğunu bildirən Şolts eyni şeyin enerji üçün də keçərli olduğunu deyib. O, Putinin enerjidən silah kimi istifadə etdiyini qeyd edib.

Almaniya kansleri mədən ehtiyatlarının, təbii qaz, kömür və neft qiymətlərinin məqbul səviyyəyə endirilməsinin vacib olduğunu bildirərək, bu siyasətin Avropada davam etdirilməsinin vacibliyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə