Ukrayna ilə həmsərhəd bölgədə yarımstansiya yanır

Ukrayna ilə həmsərhəd bölgədə yarımstansiya yanır

Belqorod vilayətinin Şebekino şəhərində yarımstansiya Ukrayna Silahlı Qüvvələrinin atəşə tutmasından sonra yanıb. Ölən və ya xəsarət alan yoxdur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında bildirib.

Qubernator hücum nəticəsində yarımstansiyanın transformatorunun zədələndiyini qeyd edib. Nəticədə iki mindən çox şəhər sakini işıqsız qalıb.

Qladkov qeyd edib ki, hadisə yerinə bölgənin fövqəladə halları və rəsmiləri yola düşüblər.

Qubernator atəşin nəticələrinin mümkün qədər tez aradan qaldırılacağını vurğulayıb

Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətindəki yaşayış məntəqələrini atəşə tutduğu bildirilirdi. Yaxınlıqdakı kənd və mərmiyə məruz qala biləcək yaşayış məntəqələrinin sakinləri artıq təxliyə edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə