Dövlət Dumasının Krım vilayətindən olan deputatı Mixail Şeremet Ukrayna hərbçilərini hazırkı hökuməti devirməyə və ölkə üçün məsuliyyəti öz əllərinə almağa çağırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun sözlərini “RİA Novosti” sitat gətirir.
Siyasətçi əmin olduğunu bildirib ki, Ukrayna ordusunun sıralarında zabit şərəfinə və öz ölkəsinin gələcəyinə yad olmayan layiqli kişilər hələ də var.
“...Ölkədə hakimiyyəti öz əlimizə almağın və tamamilə Qərb kuratorlarının nəzarətində olan hazırkı korrupsiyalaşmış millətçi elitanı devirməyin vaxtıdır”-deyə o, çağırıb.
Şeremetin fikrincə, Ukrayna prezidenti Vladimir Zelenski rejimi və Kiyev elitası Ukraynanı məhv edə bilər, lakin fəlakəti hələ də dayandırmaq olar.
Qeyd edək ki, bir müddət əvvəl Kiyev hakimiyyəti ABŞ prezidenti Cozef Baydendən təmkinlikdən qurtulmağı və Rusiya hədəflərini 200 mil məsafədə vurmaq üçün ATACMS taktiki raketlərinin Ukraynaya ötürülməsinə qoyulmuş qadağanı aradan qaldırmağı tələb edib.
...Deməli, Şeremetin çağırışı əsassız deyilmiş.
...“Zelenski öz gələcəyi haqqında düşünməlidir, artıq onun üçün Sibirə bilet təmin olunub”.
Qeyd edim ki, bunu da Şeremet demişdi...amma onda ağzı “isti yerdə” idi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB