ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skot Ritter Kiyev hakimiyyətini Ukraynada rusdilli əhalinin soyqırımında ittiham edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu fikirlərini “Judging Freedom” adlı YouTube kanalında paylaşıb.
Müsahibə zamanı aparıcı hərbçilərdən Rusiya prezidenti Vladimir Putinin son çıxışında ukraynalı həmkarı Vladimir Zelenskinin hökumətini niyə nasist rejimi adlandırdığını soruşub.
“…Bu, Rusiya əhalisinə qarşı soyqırımdır. Hər şey 2014-cü ildə, Ukraynanın qanuni seçilmiş prezidenti Viktor Yanukoviçin Ukraynada zorla devrilməsi və onun yerinə Stepan Bandera ideologiyasını təbliğ edən sağçı hökumətin təyin edilməsi ilə başladı”, - təqaüddə olan zabit cavab verib.
Ritterin sözlərinə görə, Ukrayna illərdir rus dilini və mədəniyyətini rədd edir, yerli rusları rus dilində danışmasını qadağan edir.
Qeyd edək ki, bundan əvvəl Ritter Zelenskinin Rusiyaya qabaqlayıcı zərbə endirmək təklifi ilə bağlı fikirlərini bildirib. O, Rusiya hərbçilərinin və rusların imicini korlamaq üçün hər fürsətdən istifadə edərək Zelenskini macəraçı adlandırıb. …Ritter hesab edir ki, Ukrayna prezidenti müdafiə üçün artıq bütün hərbi resurslarını sərf edib, lakin özü bunu hələ dərk etməyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB