Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın hücumları başlayandan bəri Ukrayna əhalisinin üçdə birinin ölkəni tərk etdiyini açıqlayıb. SİA xəbər verir ki, BMT-nin insan haqları ekspertləri tərəfindən verilən açıqlamada 24 fevralda başlayan Rusiya-Ukrayna müharibəsindən bu yana ukraynalı qaçqınların vəziyyəti qiymətləndirilib.
Açıqlamada Ukrayna əhalisinin üçdə birinin müharibə başlayandan sonra ölkəni tərk etdiyi vurğulanıb və çoxlu sayda qadın, uşaq, qoca və əlil qaçqının son dərəcə həssas vəziyyətdə olduğu bildirilib. Qeyd olunub ki, qaçqınların və onların ailələrinin müdafiəsi beynəlxalq hüququn tələbidir və uşaqların müdafiəsinə xüsusi diqqət yetirilməlidir.
Digər tərəfdən, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi Rusiyanın Ukraynadakı mülki yaşayış məntəqələrinə raket hücumları nəticəsində minlərlə ailənin elektrik enerjisindən və rabitə vasitələrindən məhrum edildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB