BMT Baş Assambleyasının sədri Nebenza ilə görüşüb

BMT Baş Assambleyasının sədri Nebenza ilə görüşüb

BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Çaba Kereşi Ukrayna ilə bağlı fövqəladə sessiya ərəfəsində Rusiyanın qurumdakı daimi nümayəndəsi Vasili Nebenzeya ilə görüşüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS-a sessiya rəhbərinin rəsmi nümayəndəsi Polina Kubiyaka məlumat verib.

Bir müddət əvvəl BMT-nin baş katibi Antonio Quterreş Rusiya qoşunlarının Ukraynanın infrastruktur obyektlərinə və şəhərlərinə kütləvi raket zərbələri endirməsini pisləyib və bunu “qəbuledilməz eskalasiya” adlandırıb.

Onun sözçüsü Stefan Düjarrikin sözlərinə görə, baş katib “bu gün Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukraynanın şəhərlərinə irimiqyaslı raket zərbələri endirməsindən dərin sarsıntı keçirib.

Rusiya Silahlı Qüvvələrinin yaşayış məntəqələrində tuşlanmış zərbələri dağıntılara səbəb olmuş, onlarla insanın ölümü və yaralanması ilə nəticələnmişdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə