II Elizabetin ən böyük portreti çəkildi

II Elizabetin ən böyük portreti çəkildi

"Piper PA-28" təyyarəsinin pilotu Amal Larçlid Britaniya hospisi üçün vəsait toplamaq məqsədi ilə havada tac taxmış kraliçanın profilini təsvir edib. SİA xəbər verir ki, bunu etmək üçün pilot iki saat vaxt sərf edib. Aeronavtikanı "FlightRadar" xidmətində izləmək mümkün olub: təyyarə 412 kilometr yol qət edib. Nəticədə II Elizabetin profili Oksfordun üzərində əks olunub və tac Milton Keynsdən Uorvikşirə qədər uzanıb. Larçlidin bu uçuş sayəsində min funtdan çox ianə topladığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə