ABŞ Rusiyanı terrorun sponsoru kimi tanımaq istəyir və müvafiq qanun layihəsi ABŞ Konqresinə təqdim olunub. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ABŞ hökumətinin Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə komissiyasının baş rəsmi müşaviri Pol Massaro bildirib.
“Senator Lindsi Olin Qrim və Ted Lie Rusiyanı terrorçu güc elan edəcəklər”, - Massaro “Twitter”də (Rusiyada bloklanıb) yazıb.
Onun sözlərinə görə, qanun layihəsi ABŞ Konqresinə təqdim olunub.
Bu cür tədbirlər ölkəyə silah tədarükünə qadağa qoyulmasını, ikili təyinatlı malların ixracına nəzarətin tətbiqini nəzərdə tutur. Həmçinin terroru himayə edən dövlət ABŞ-dan yardım ala bilməyəcək, ona maliyyə və digər məhdudiyyətlər qoyulur.
ABŞ və digər Qərb ölkələri Ukraynada keçirilən xüsusi əməliyyata görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıxal Rusiyanı terrorizmin sponsoru kimi tanımaq ideyası ilə çıxış edib. Ukrayna prezidenti Vladimir Zelenski də oxşar tələblə ABŞ-a müraciət edib.
Qeyd edək ki, Konqres Senatı yayda bu məsələyə baxacaqlarını bildirmişdi. Lakin sonradan ABŞ prezidenti Cozef Bayden bu cür tədbirlərdən imtina etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB