...Zərurət olmadıqda körpüdən istifadə etməyin

...Zərurət olmadıqda körpüdən istifadə etməyin

Krım sakinlərindən keçidin tutumuna məhdudiyyət qoyulduğu üçün təcili ehtiyac olmadan yaxın günlərdə Krım körpüsündən istifadə etməmələri xahiş olunub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə bazar günü Respublika İnformasiya Nazirliyinin məlumatında deyilir.

Qeyd edək ki, bundan əvvəl Rusiya Federasiyası Baş nazirinin müavini Marat Xusnullin körpüdə avtomobillərin hərəkəti üçün ikinci zolağın işə salındığını bildirmişdi. Onun sözlərinə görə, bu, keçiddə keçən nəqliyyat vasitələrinin sürətini artıracaq.

Amma buna baxmayaraq:

“Hörmətli krımlılar, Krım körpüsünün məhdud imkanları ilə əlaqədar olaraq, təcili ehtiyac olmadan yaxın günlərdə şəxsi avtomobilinizlə Taman yarımadasına getməməyinizi xahiş edirik”, - mesajda deyilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə