Avtobus və ağır avtomobillər Krım körpüsünə girə bilməz

Avtobus və ağır avtomobillər Krım körpüsünə girə bilməz

Bir gün əvvəl baş vermiş partlayış nəticəsində zədələnmiş Krım körpüsünün avtomobil hissəsində hərəkət növbəti bildirişə qədər yalnız minik avtomobilləri üçün mümkün olacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Krımın rəhbəri Sergey Aksyonov Telegram kanalında yazıb. Eyni zamanda, o əlavə edib ki, dəmir yolu xətti normal rejimdə işləyəcək.

Avtobus daşınması və ağır avtomobillərin daşınmasına gəlincə, onlar Kerç Dəniz Balıqçılıq Limanı - Port Kavkaz marşrutu üzrə Lavrentiy bərəsi ilə həyata keçiriləcək. Yükgötürmə qabiliyyəti 3,5 tondan çox olmayan avtomobillər və sərnişinlər Krım limanı - Kavkaz limanı marşrutu üzrə daşınacaq.

Aksenovun sözlərinə görə, dəniz nəqliyyatı obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Bir daha xatırladaq ki, ötən gün Krım körpüsünün avtomobil hissəsində yük maşını partladılmışdı. Nəticədə qatarın yanacaq çənləri yanıb. Qəza nəticəsində 3 nəfər ölüb. İstintaq Komitəsi cinayət işi açıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə