Qırğızıstan ABŞ və müttəfiqlərinin məhdudlaşdırıcı tədbirlərinə məruz qalmamaq üçün Rusiyadan uzaqlaşmağa çalışır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Qovorit Moskva” radiostansiyasına müsahibəsində deyib.
Zatulin “uzaqgörən siyasətçi kimi” bildirib ki, hazırda Qırğızıstan hakimiyyətinin davranışına iki amil təsir edə bilər. Birincisi, bu, beynəlxalq gündəmi əks etdirir - Bişkek “Qərbdən gələn siqnalları (Moskva ilə əməkdaşlığın arzuolunmazlığı haqqında) aydın şəkildə tutur”.
İkincisi, Qırğızıstan Ukraynadakı vəziyyəti, Rusiyanın hərbi əməliyyatlardakı uğurlarını təhlil edir.
Zatulin hesab edir ki, son aylarda orada “heç bir nəticə vermədiyini” nəzərə alan Bişkek Moskvadan bir qədər uzaqlaşmağı mümkün hesab edib.
Zatulin ehtimal edir ki, Qırğızıstanın təlimlərdə iştirakdan imtina etməsi Rusiya ilə münasibətlərin pozulmasına işarə deyil. O, sadəcə deyir ki, ölkə dövlətlərin Qərbin sanksiyalarına məruz qalmaması üçün hazırlanmış xüsusi “oyun”da iştirak edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB