Qırğızıstan öz ərazisində KTMT-nin “Sarsılmaz qardaşlıq” təlimlərini ləğv edib
Bu da axırı..?

Qırğızıstanın Müdafiə Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Sarsılmaz qardaşlıq - 2022” komanda-qərargah təlimlərini ölkə ərazisində keçirilməsini ləğv edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,

bu barədə bazar günü Qırğızıstanın “24.kg” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, təlim oktyabrın 10-dan 14-dək Edelveys mərkəzində planlaşdırılıb. Ləğv edilməsinin səbəbləri isə hələ ki, açıqlanmayıb. Qeyd edək ki, təlimlərə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın sülhməramlı kontingentləri cəlb edilməli idi. (...maraqlıdır, əgər KTMT- dəki əsgərlərin 80 faizini ruslar təşkil edirdilərsə, bəs onda...bəlkə də elə ləəv olunması məsləhətdi-A.B.)

Xatırladaq ki, KTMT-nin sülhməramlı qüvvələri ilə “Sarsılmaz Qardaşlıq” təlimləri 2012-ci ildən keçirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə