Belə sevgimi aşılayarlar?..

...Yəni, doğrudanmı, vəziyyət bu həddədir?

Deməli, Moskvada 10 yaşlı beşinci sinif şagirdi məktəbdən dərhal polis şöbəsinə aparılıb.

Səbəb bilirsiniz nədir?

SİA-nın əldə etdiyi məlumata görə, buna səbəb “Nekrasovkadakı məktəb” direktorunun polisdən “təhsil mövqeyinə təsir göstərməyi” xahiş etməsi ilə bağlı müraciəti.

Belə ki, məktəb direktoru bu məsələdə anasının qızına “öz siyasi baxşılarına” görə təsir etməməsi üşün onu da günahkar bilir.

... Xüsusilə iddia olunur ki, qız “Vacib olanlar haqqında söhbətlər” dərs saatlarında mütəmadi olaraq iştirak etməmiş və sosial şəbəkələrdəki profil şəklinin sarı və mavi rənglərdə - Ukrayna bayrağı rəngində boyayıb.

İddialara görə, beşinci sinif şagirdinin anası sentyabrın sonunda qızın “əhəmiyyətli söhbətlər” - məktəblilərlə cari hadisələrin, o cümlədən Ukraynadakı müharibənin müzakirə olunduğu sinif saatlarının olmaması ilə əlaqədar məktəbə çağırılıb.

Başqa iddialara görə isə, məktəbin direktoru sentyabrın 29-da Nekrasovka rayon Daxili İşlər İdarəsinin rəisinə müraciət yazıb və orada “ailənin yaşayış şəraitinin araşdırılmasını və uşağın bu cür davranışının səbəbinin öyrənilməsini “xahiş edib”.

Beləliklə, oktyabrın 5-də qız üçün məktəbə polis gəlib, polislər onu anasından ayrı şöbəyə aparıblar. İddiaya görə, orada üç saat ərzində qızdan və sonradan onun anasından izahat istənilib.

Bundan sonra polis ailənin evinə də gəlib. Bildirilir ki, yetkinlik yaşına çatmayanlar üzrə müfəttiş anaya profilaktik qeydiyyat üçün komissiyaya çağırılacaqlarını deyib.

...Xatırladaq ki, sentyabrın 1-dən etibarən rus məktəblərində həftəlik dərsdənkənar fəaliyyətlər “əhəmiyyətlilər haqqında söhbətlər” tətbiq olunur. Onların məqsədi məktəblilərə vətənpərvərlik və vətənə məhəbbət aşılamaq zərurəti adlanır. Sinif saatları üçün təlim kitabçalarında Ukrayna müharibəsi ilə bağlı nümunələr də var.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə