...Bu Rusiya üçün qırmızı xəttə çevriləcək

...Bu Rusiya üçün qırmızı xəttə çevriləcək

...Deyirəm, bu rus səlahiyyətlisinə nə həvalə edilibsə, dünəndən özünü “həlak etməkdədir”...

Beləliklə, “...Qərbin Kiyevə uzaq mənzilli və ya daha güclü silahlar verməsi Rusiya üçün qırmızı xəttə çevriləcək”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişuk bildirib.

“...Qırmızı xətlərə gəlincə, biz onları artıq qeyd etmişik. Bu, ilk növbədə Kiyevə uzaq mənzilli və ya daha güclü silahların tədarüküdür”, – deyə Polışuk TASS-a müsahibəsində bildirib.

O bildirib ki, Qərbin tədarüklərinə cavab vermək üçün konkret tədbirlər vəziyyətin hərtərəfli təhlili əsasında müəyyən ediləcək.

Qeyd edək ki, oktyabrın 4-də ABŞ prezidenti Cozef Bayden Ukraynaya 625 milyon dollarlıq yeni tranşın ayrıldığını açıqlayıb. Yeni hərbi yardım paketinə dörd HIMARS MLRS, 32 haubitsa və 200 zirehli maşın, həmçinin on minlərlə mərmi və mina daxildir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın qeyd etdiyi kimi, HIMARS MLRS-nin Ukraynaya yeni tədarükü Vaşinqtonun Moskvaya nifrətini nümayiş etdirir.

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-ın Ukraynaya silah tədarükünün Rusiya ilə Qərb arasında birbaşa hərbi toqquşma təhlükəsini daha da artıracağından narahat olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə