Moskva Kiyevlə danışıqlara hazır olduğunu açıqlayıb

Moskva Kiyevlə danışıqlara hazır olduğunu açıqlayıb

...Rusiya Ukrayna ilə danışıqlara hazırdır, lakin Kiyevlə dörd yeni regionun sakinlərinin seçimini müzakirə etməyəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişuk deyib.

Diplomatın sözlərinə görə, Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi olmaqda maraqlı olan ölkələr Kiyevi hərbi əməliyyatları durdurmağa, onun 2014-cü ildə başlatdığı müharibəni dayandırmağa və danışıqlara qayıtmağa inandırmalıdır.

“...Biz buna hazırıq, lakin artıq qeyd edildiyi kimi, biz Rusiyanın yeni regionlarının sakinlərinin seçimini müzakirə etməyəcəyik. Kiyev hakimiyyəti onların iradə ifadəsinə hörmətlə yanaşmalıdır, əks halda danışıqlar nəticə verməyəcək”, - deyə Polişuk bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə