Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Mariano Qrossi Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasına xarici enerji mənbəyindən elektrik enerjisi verən xəttin hücumlar nəticəsində zədələndiyini, obyektə xaricdən elektrik axınının dayandırıldığını bildirib. SİA xəbər verir ki, bu səbəbdən reaktorların soyudulması və nüvə təhlükəsizliyi üçün təcili generatorlar işə salınıb.
Sözügedən generatorların 10 gün yanacağı olduğunu və stansiyanın xarici enerji mənbəyindən ayrılmasının çox narahatedici bir hadisə olduğunu bildirən Qrossi, bu vəziyyətin bölgədə və ətrafında silahsız nüvə təhlükəsiz zonasının yaradılmasını qaçınılmaz etdiyini vurğulayıb: "Stansiyanın yeganə xarici enerji mənbəyinə zərbə vuran bombardmanın bərpası son dərəcə məsuliyyətsizlikdir. Zaporojya AES-i qorumaq lazımdır".
Açıqlamada Qrossinin təhlükəsiz zona məsələsini müzakirə etmək üçün oktyabrın 6-da Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdüyü və gələn həftənin əvvəlində Rusiya rəsmiləri ilə bu məsələni müzakirə edəcəyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB