Ramzan adam tanıyandır...

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Telegram kanalında ordu generalı Sergey Surovikinin Xüsusi Hərbi Əməliyyat (NVO) bölgəsində Birləşmiş Qüvvələr Qrupunun komandiri vəzifəsinə təyin edilməsinə sevinib.

Və hətta Surovikin barədə türklər demiş bir kaç gəlmə də izhar edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kadırov Surovikini 15 ilə yaxın tanıdığını, onda hərbçiyə məxsus bütün keyfiyyətlərin olduğunu...ümumiyyətlə Ramzan onu əsl general və döyüşçü, həm də təcrübəli, iradəli və uzaqgörən komandir kimi təqdim edib.

Kadırov, bu təyinatı alqışladığını və bundan məmnun olduğunu vurğulayıb.

“...Qoşunların birləşmiş qruplaşması artıq etibarlı əllərdədir. Əminəm ki, Sergey Surovikin xüsusi hərbi əməliyyat zonasındakı vəziyyəti yaxşılığa doğru...elə yaxşılaşdıracaq”-deyən Ramzan Kadırovun sözlərindən belə başa düşülür ki, “artıq yerin yiyəsi gəlib”.

Qeyd edək ki, bir müddət bundan əvvəl general-leytnant Ramzan Kadırov general-polkovnik Aleksandr Lapini bacarıqsızlıqda ittiham edərək, “söküb-dağıtmışdı”.

Bəlkə də elə bu cəsarətinə görə, bir müddət sonra Ramzan Kadırova general-polkovnik hərbi rütbəsi verildi.

...Amma belə görünür ki, marşallığa... elə də bir şey qalmayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə