Rusiya Moldovaya etiraz notası verib

Rusiya Moldovaya etiraz notası verib

Rusiya səfirliyinə hücumla əlaqədar Rusiya Xarici İşlər Nazirliyi Moldovaya etiraz notası göndərib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Hakimiyyətin razılığı ilə Rusiya diplomatik missiyasına hücum edilib: fişənglər onun binasına ziyan vurub, səfirlik kompleksinə icazəsiz daxil olmağa cəhd edilib, diplomatik nümayəndəliyin hasarına təhqiramiz yazılar vurulub”, - deyə məlumatda bildirilir.

...Xoşbəxtlikdən diplomatlar və onların ailələri arasında itki olmadığı da qeyd edilib.

Xarici İşlər Nazirliyi “düşmən hərəkəti”nin bir neçə beynəlxalq müqavilənin eyni vaxtda kobud şəkildə pozulması olduğunu vurğulayıb. Xüsusilə, bunlar Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası və Rusiya Federasiyası ilə Moldova arasında dostluq və əməkdaşlıq haqqında müqavilədir.

Səfirlik bu cür “kaskadyorluğun” müvafiq prosessual qiymət alacağını və günahkarların cəzalandırılacağını gözləyir.

Qeyd edək ki, bir müddət bundan əvvəl Moldova polisi Rusiyanın Kişinyovdakı səfirliyinin həyətinə fişənglər atan qırx yaşlı kişini saxlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə