Sürücüdən kor-koranə istifadə olunub

Sürücüdən kor-koranə istifadə olunub

Bu gün səhər saatlarında Krım körpüsündə partlayan yük maşınının sürücüsü internet vasitəsilə gübrə daşımaq əmri alıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə RBC-yə mənbə bildirib.

Nəşrin həmsöhbəti əlavə edib ki, sürücü kor-koranə istifadə olunub. O, yəqin ki, planlaşdırılan terror aktı barədə heç nə bilmirmiş.

Hazırda hadisə yerində yerli administrasiyanın partlayıcı mütəxəssisləri işləyir. Belə ki, Federal Təhlükəsizlik Xidmətinin mütəxəssisləri partlayıcının təbiətini və mənşəyini müəyyənləşdirirlər.

Xatırladaq ki, şənbə günü səhər Krım körpüsündə yük maşını partlayıb. Nəticədə dəmir yolu qatarının bir neçə yanacaq çəni yanıb, iki vaqonun arakəsi dağılıb.

İstintaq Komitəsi 3 nəfərin ölümü barədə məlumat verib, cinayət işi başlanıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə