Krım körpüsündə baş verən partlayışın arxasında Ukrayna xüsusi xidmət orqanları dayanır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Washington Post” Kiyevdəki mənbəyə istinadən yazır.
Qeyd olunur ki, bu barədə rəsmi açıqlama olmasa da, Ukrayna hökumətinin nümayəndəsi nəşrə Ukrayna xüsusi xidmət orqanlarının insidentdə əli olduğunu bildirib.
“...Yüksək rütbəli məmurlar Moskvanı ələ salsa da, Kiyev buna görə məsuliyyəti öz üzərinə götürməkdən çəkinir”. Bunu da qəzet yazır ki və Ukrayna hökumətinin “Twitter”də “yazdığı”: “xəstə yanıq” fikrinə diqqət çəkir.
Xatırladaq ki, oktyabrın 8-də Milli Antiterror Komitəsi Krım körpüsündə yük maşınının partlaması və nəticədə qatarın 7 yanacaq çəninin yanması barədə məlumat yayıb. Hadisə nəticəsində iki avtomobilin arakəsi qismən dağılıb, amma körpünün naviqasiya hissəsinin üzərindəki tağ zədələnməyib.
Rusiya Federasiyası İstintaq Komitəsinin ilkin məlumatlarına görə, körpüdə baş verən partlayış nəticəsində 3 nəfər ölüb. Rusiya prezidenti Vladimir Putin fövqəladə vəziyyətin səbəblərini müəyyən etmək və nəticələrini aradan qaldırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.
...Qeyd edək ki, bir müddət bundan əvvəl Vladimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Krım körpüsündə baş verənləri “başlanğıcdır” deyə xarakterizə etmişdi,.. çünki “qanunsuz” hər şey məhv edilməli və “rus işğalı olan hər şey qovulmalıdır”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB