Aksyonov deyir ki, dəmir yolu da işləyəcək...

Aksyonov deyir ki, dəmir yolu da işləyəcək...

Krım körpüsü ilə avtomobillərin və avtobusların hərəkətinə başlanılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Krımın rəhbəri Sergey Aksenov şənbə günü özünün Telegram kanalında bildirib.

“...Krım körpüsündə nəqliyyat vasitələrinin hərəkəti başlayıb. Hazırda tam yoxlama prosedurundan keçməklə avtomobillər və avtobuslar üçün hərəkət açıqdır", - o yazıb.

Rayon rəhbəri onu da əlavə edib ki, “Kerç-2” bərəsi iki saatdan sonra işə başlayacaq, yükdaşımaların bundan istifadə etməsi tövsiyə olunur.

Aksyonov daha əvvəl günün sonuna kimi körpüdə dəmir yolunun da hərəkətinin bərpa ediləcəyini bildirmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə