Türkiyə sərhədlərini keçməyə cəhd göstərən 16 terrorçu saxlanılıb

Türkiyə sərhədlərini keçməyə cəhd göstərən 16 terrorçu saxlanılıb

Son bir həftə ərzində Türkiyənin Sərhəd Mühafizə Xidmətinin əməkdaşları tərəfindən ölkə sərhədlərini keçməyə cəhd göstərən 16 qanunsuz miqrant saxlanılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, saxlanılan bu şəxslərdən 12-nin FETÖ, dördünün isə PKK terror təşkilatlarının üzvləri olduğu müəyyən edilib.

Onlardan bəzilərinin Yunanıstana keçməyə, bəzilərinin isə Suriyadan Türkiyəyə girməyə cəhd göstərərkən ələ keçirildiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə