Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Krım körpüsündə baş verən partlayışı alqışlayaraq, bunun arxasında Ukrayna xüsusi təyinatlılarının olduğunu ehtimal edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” xəbər verir.
“...Estoniya, şübhəsiz ki, bunu alqışlayır və yəqin ki, bu əməliyyatın arxasında duran Ukrayna xüsusi təyinatlılarını təbrik edir”, - Reinsalu bildirib.
Estoniyalı nazir onu da xatırladıb ki, Kiyev hakimiyyəti çoxdan Krım körpüsünü mümkün zərbə hədəfi adlandırıb. Xatırladaq ki, şənbə günü, yəni oktyabrın 8-i səhər saatlarında Krım körpüsündə partlayış və yanğın olub. Belə ki, yol ötürücüsü ilə avtomobil və dəmir yolu hərəkəti dayandırılıb. Körpünün aşırımının bir hissəsi suya uçub. Milli Terrorla Mübarizə Komitəsi yük maşınının 7 yanacaq çəninin alovlanması və iki aralığın dağılması ilə nəticələnən partlayış olduğunu açıqlayıb.
Sosial şəbəkələrdə partlayışın görüntüləri yayılıb.
Qeyd edək ki, artıq bölgə hakimiyyəti Kiyevi körpünü dağıtmaqda ittiham edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB