Mustafa Şentop Duerte Paçeko ilә görüşüb

Mustafa Şentop Duerte Paçeko ilә görüşüb

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop G20 Parlament sədrləri sammitində iştirak etmək üçün səfər etdiyi İndoneziyada Parlamentlərarası İttifaqının (PAB) sədri Duerte Paçeko ilə görüşüb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Mustafa Şentop İndoneziyada keçirdiyi görüşlər çərçivəsində PAB prezidenti Duerte Paçeko ilə bir araya gəlib.

Şentop xalqın bilavasitə təmsilçisi olan parlamentlərin birinci vəzifəsinin xalqların sülh, əmin-amanlıq və firavanlıq içində gələcəyə çatmasına kömək etmək olduğunu vurğulayaraq fevralın 24-dən bu yana davam edən Ukrayna-Rusiya müharibəsinə diqqət çəkib.

Sentop deyib: “Türkiyə Rusiya və Ukrayna liderlərini bir araya gətirməyə çalışır. Mən bəzi ölkələrin müharibənin sona çatmasını həqiqətən istəmədiyini düşünürəm''.

PAB prezidenti Duerte Paçeko da problemin həlli üçün göstərdiyi səylərin əhəmiyyətinə işarə edərək Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Şentop da müsbət sözlərinə görə Paçekoya təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə