Şanlıurfanın Suruç rayonunda pambıq yüklü yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində Yılmaz Asım Taş həyatını itirib, 2-si ağır olmaqla 4 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qəza Şanlıurfa-Suruç Payamlı Məhəlləsi 43-cü kilometrində axşam saatlarında baş verib.
Əhməd Erdemin istifadə etdiyi pambıq dolu yük maşını Yılmaz Altındaşın idarə etdiyi avtomobillə toqquşub. Zərbənin təsirindən pambıq daşıyan yük maşını xəndəyə düşüb. Hadisə şahidləri 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər.
Hadisə yerinə gələn səhiyyə işçiləri avtomobildə olan Yılmaz Asım Taşın həyatını itirdiyini, 4 nəfərin yaralandığını müəyyən edib. Xilasetmə qrupları tərəfindən avtomobillərdən çıxarılan Berat Altundaş (8) Mehmet Səbri Kuş (20), Bayram Dəmir (41) və TIR sürücüsü Ahmet Erdem (45) şəhər mərkəzindəki xəstəxanalara aparılıb. Təcili yardımda müalicəsinə başlanan yaralılardan 2-nin vəziyyətinin ağır olduğu öyrənilərkən, qəza ilə bağlı araşdırma başlanılıb.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB