Almaniyanın paytaxtı Berlində 18 ildir payız aylarında keçirilən və hazırda Berlinin simvolik hadisələrindən biri olan İşıqlar Festivalı bu il enerji qənaəti müzakirələri ilə başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiyadan təbii qazın kəsilməsi səbəbindən Almaniyada qış aylarında enerji qıtlığı olacağını gözlənilirdi.
Ölkədə bir çox dövlət qurumları və özəl sektorlar yay aylarından enerjiyə qənaət etməyə başlayıb. Hətta prezident sarayında da simvolik olaraq lazımsız işıqlandırmalar götürülüb.
Almaniyanın enerjiyə qənaət etdiyi bir vaxtda Berlin İşıq Festivalının keçirilməsi bir çox müzakirələrə səbəb olub.
Festivalın “məhdud və qənaətcil” olması qərarından sonra festival cümə axşamı başlayıb. “Qaranlıq vaxtlarda parlaq şou” devizi ilə başlayan Berlin İşıqlar Festivalı bu il paytaxtın 35 müxtəlif məkanında beynəlxalq səviyyədə tanınmış rəssamlar tərəfindən hazırlanmış işıq illüstrasiyalarından ibarət 70 sənət əsərini nümayiş etdirəcək. Tarixi Brandenburq Qapısı, televiziya qülləsi, Potsdamer Platz meydanı, Şarlottenburq sarayı və Humbolt Universiteti kimi görməli yerlər 3D təsvirlərlə işıqlandırılır. Festivalın ilk günündə on minlərlə berlinli və şəhərə gələn turist işıq şoularının keçiriləcəyi ərazilərə axın edib. İşıq oyunlarının keçiriləcəyi müxtəlif obyektlər arasında avtobusla turlar təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB