“Sümüklərimin bir neçəsi sınıb” - TÜRK HƏKİM

“Sümüklərimin bir neçəsi sınıb” - TÜRK HƏKİM

İzmirin Torbalı rayonunda həkim Ekin Hürel Günay növbəsi bitdikdən sonra evinə gedərkən çörək sexinin qarşısında dayanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, həkim maşından düşərkən 3 nəfərin zopa ilə hücumuna məruz qalıb.

Həkim, “Sağ gözümün arxasında qırıq var, dəqiq görə bilmirəm. Sümüklərimin bir neçəsi sınıb” dedi.

Həkim Ekin Hürel Günayın verdiyi ifadə nəticəsində hadisəyə qarışdığı iddia edilən S.A., F.A. və S.A polis tərəfindən şübhəli şəxs qismində saxlanlıblar. Polis bölməsinə aparılan şübhəlilərlə bağlı araşdırma davam edir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə