Yanacaqdoldurma məntəqəsində partlayış olub - 3 nəfər ölüb

Yanacaqdoldurma məntəqəsində partlayış olub - 3 nəfər ölüb

İrlandiyada yanacaqdoldurma məntəqəsində partlayış olub. SİA xarici mətbuatına istinadən xəbər verir ki, Doneqal qraflığında baş verən hadisədə 3 nəfər ölüb.

Bir neçə nəfərin dağıntılar altında qala biləcəyi ehtimalına görə, axtarış-xilasetmə işləri davam edir.

Partlayışın səbəbi hələlik açıqlanmır.

Hadisənin baş verdiyi ərazidə mağazalar, poçt şöbəsi və bərbərxana da var.

Bütün xəbərlər Facebook səhifəmizdə