Liviya və Türkiyə Aralıq dənizi qaz şelfini inkişaf etdirəcək

Liviya və Türkiyə Aralıq dənizi qaz şelfini inkişaf etdirəcək

Türkiyə və Liviya Aralıq dənizində qaz şelfini birgə inkişaf etdirmək niyyətindədirlər. SİA xəbər verir ki, bu barədə Liviya Baş naziri Abdel-Hamid Dbeiba bildirib.

Dbeiba Krit adasının cənub-şərqində Aralıq dənizi regionunun inkişafı planlarından danışıb. Eyni zamanda baş nazir Liviyanın regionla bağlı planlarını açıqlayıb. Həmçinin Türkiyə-Liviya enerji əməkdaşlığı sazişinə dair hər hansı tənqidi qəbul etmədiyini vurğulayıb.

“Anlaşma memorandumlarını imzalamaq bizim hüququmuzdur. Biz digər dövlətlərlə əməkdaşlığı inkişaf etdirmək üçün yüzlərlə belə sazişə imza atmışıq”, - deyə o qeyd edib.

Xatırladaq ki, bazar ertəsi (3 oktyabr) bağlanan saziş Ankara ilə əvvəlki administrasiya arasında 2019-cu ildə Tripolidə imzalanmış razılaşmaya əsaslanır.

Bütün xəbərlər Facebook səhifəmizdə