Biznesmen və milyarder İlon Mask bildirib ki, ABŞ prezidenti Cozef Bayden ikinci müddətə namizəd olmaq üçün çox qocalıb.
SİA TASS-a istinadən xəbər verir ki, Mask bu fikri “Financial Times” qəzetinə müsahibəsi zamanı bildirib.
Maskın sözlərinə görə, prezidentin yaşı əhalinin orta yaşından çox da fərqlənməməlidir, o vaxtdan “insanlar ilə əlaqə saxlamaq çox çətin olacaq”. “Bəlkə bir nəsil arasında fərq hələ də normaldır, amma iki? Bilmirəm, amma artıq nəvələriniz olanda insanların problemləri sizə nə dərəcədə yaxındır? Hətta belə bir vəziyyətdə onlarla əlaqə saxlamaq mümkündürmü?”, - deyə Mask soruşub.
Maraqlıdır ki, son zamanlar Mask mütəmadi olaraq qalmaqallı açıqlamalar verir. Ötən gün o, BMT-nin nəzarəti altında Rusiya Federasiyasının yeni regionlarında yenidən referendumların keçirilməsini təklif edib, həmçinin Rusiyanın səfərbərliyi zamanı Ukraynanın qələbəsinə inanmadığını bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB