İnsan Hüquqları Şurasının (İHŞ) Cenevrədə keçirilən 51-ci sessiyasında Rusiya üzrə xüsusi məruzəçi institutunun yaradılması haqqında qətnamə qəbul edilib. Bu barədə Beynəlxalq İnsan Hüquqları Xidməti məlumat yayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Xüsusi Məruzəçi Rusiyada insan haqlarının vəziyyətini daim izləyəcək və beynəlxalq təşkilatların diqqətini onların hakimiyyət tərəfindən pozulmasına yönəldəcək. O, həmçinin vətəndaş cəmiyyəti ilə işləyəcək, beynəlxalq təşkilatlara tövsiyələr verəcək və ölkədə insan hüquqlarının pozulması hallarını sənədləşdirəcək.
Qeyd edək ki, yeni mandat yaradılmasını təklif edən qətnamə Lüksemburq tərəfindən təklif edilib. Qətnamənin lehinə 47 ölkədən 17-si, Rusiya, Kuba, Venesuela və Çin də daxil olmaqla altı ölkə əleyhinə səs verib, daha 24 ölkə isə bitərəf qalıb.
Qətnamənin qəbul edilməsinin əleyhdarları bildiriblər ki, “yeni təsisat BMT-nin çoxlu resurslarını xərcləyəcək, qətnamənin özü isə siyasiləşib və beynəlxalq qurumlara etimadı azaldır”.
İnsan Hüquqları Şurasının növbəti sessiyalarında məruzəçi seçiləcək və bir ildən sonra o, İHK və BMT Baş Assambleyasına ilk hesabatını verəcək.
2021-ci ilin fevralında BMT-də İnsan Hüquqları Şurasının qəbul etdiyi qətnamə 84 Rusiya və beynəlxalq QHT-nin Rusiyada repressiyaların güclənməsinə reaksiya verilməsi ilə bağlı müraciətinə cavab idi.
Onu da qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzünə başlayandan sonra Rusiya hüquq müdafiə təşkilatları Avropa İttifaqını BMT-nin Rusiyada insan hüquqları üzrə xüsusi məruzəçisinin mandatının yaradılması ilə bağlı qətnamənin qəbuluna təşəbbüs göstərməyə çağırıblar.
Xatırladaq ki, Rusiya bu il aprelin əvvəlində İnsan Hüquqları Şurasından çıxarılıb. ABŞ və bir sıra digər ölkələr belə bir xahişlə BMT-yə müraciət ediblər. Bu açıqlama Ukraynanın rus qoşunlarını Buça şəhərində onlarla dinc sakini öldürməkdə ittiham etməsindən sonra verilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB