Nigeriyada menengitdən 56 nəfər ölüb

Nigeriyada menengitdən 56 nəfər ölüb

Nigeriyada menengit epidemiyası səbəbindən 56 nəfər ölüb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzindən (NCDC) verilən açıqlamada meningit epidemiyasının paytaxt Abuca ilə yanaşı bəzi ştatlarda da yayıldığı bildirilib.

Açıqlamada bildirilib ki, meningitə 961 yoluxma faktı qeydə alınıb, 56 nəfər dünyasını dəyişib.

Epidemiya ilə mübarizə aparmaq üçün araşdırmanın başlanıldığı bildirilib. Açıqlamada boyun və baş ağrısından əziyyət çəkənlərin dərhal xəstəxanaya müraciət etmələri barədə xəbərdarlıq edilib.

Açıqlamada NCDC-nin 2030-cu ilə qədər xəstəliyə qalib gəlmək üçün mübarizəsini davam etdirdiyi vurğulanıb.

Beyindən başlayaraq bütün bədənə təsir edən menengit tənəffüs yolu ilə də keçə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə