Baş nazir və müdafiə nazirinə yeni səlahiyyət verildi

İsrail Nazirlər Kabineti Livanla dəniz sərhədi mübahisəsi ilə bağlı 3 saatlıq iclas keçirib. SİA xəbər verir ki, İsrailin rəsmi yayımçısı "KAN"ın xəbərinə görə, iclasda İsrailin şimal sərhədində gərginliyin artacağı təqdirdə baş nazir Lapid və müdafiə naziri Qantsa "Livanla münaqişəni idarə etmək səlahiyyəti" verilib. Müvafiq olaraq, Nazirlər Şurasının toplanmasına ehtiyac olmadan Lapid və Qantsın İsrail və Livan arasında mümkün münaqişəni idarə etmələri qərara alınıb.

İclasda İsrailin xarici kəşfiyyat xidməti Mossad və İsrail Daxili Kəşfiyyat Xidmətinin Şin-Bet rəhbərləri, eləcə də digər təhlükəsizlik rəsmiləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə