Həlak olanların sayı 7 nəfərə çatıb - Zaporojyedə

Zaporojyeyə raket zərbəsi zamanı həlak olanların sayı 7 nəfərə çatıb. SİA-nın UNİAN-a istinadla xəbərinə görə, bunu Ukraynanın Zaporojye vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Starux bildirib.

Starux əlavə edib ki, 5 sakin itkin düşüb. Dağıntılar arasında qalanların axtarışları davam edir. Yalnız bundan sonra dəqiq rəqəm söyləmək mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə