Ukrayna ordusu Xersonu azad edə biləcəkmi?

Ekspert hesab edir ki, Ukrayna qoşunları Xersona yaxınlaşdıqca ərazilərin azad edilməsi sürəti azalacaq

Dağıdılmış körpülər problemə çevrilsə də, amma Ukrayna ordusu rusların ələ keçirdiyi Xersonu azad edə biləcək

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə hərbi ekspert Oleq Jdanov “UNIAN”ın “Arqument” YouTube layihəsinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Ukrayna hərbçilərinin uğurlu əks-hücum əməliyyatı və rus işğalçılarının dağıdıcı uğursuzluğu Ukrayna Silahlı Qüvvələrinin tətbiq etdiyi taktika və yeni üsullar sayəsində mümkün olub.

Jdanovun dediyinə görə, bütün bunlar göydən düşmədi. Bu, silahlı qüvvələrimizin sistemli və gərgin əməyinin nəticəsidir. Birincisi odur ki, biz müdafiə əməliyyatı keçirdik. Deyim ki, bu

müdafiənin vəzifəsi düşməni mümkün qədər tükəndirmək idi. Deyim ki, biz buna görə, bəzən ərazilərin itirilməsi ilə də barışırdıq. Bunula yanaşı, biz düşmənə canlı qüvvə və texnika ilə maksimum ziyan vurmağa çalışırdıq ki, buna əsasən nail olduq. Sonra isə Qərb tərəfdaş ölkələrinin mərkəzlərində təlim keçmiş hərbi qulluqçularımızın ehtiyatını, üstəlik silahları aldıq və alırıq. Bütün bunlar bizə uğur qazandırdı.

Jdanovun fikrincə, rus qoşunlarının tükənməsi elə oldu ki, cəbhə xəttinin arxasında onların müdafiəsinin ikinci, üçüncü xətti praktiki olaraq yoxdur. Bu, xüsusilə cənubda əks-hücumun tempini müəyyən edir.Biz indi İnqulets çayı və Novaya Kaxovka istiqamətində irəliləyirik və orada müdafiə xətləri yoxdur. Və buna görə də orada irəliləmənin tempi yüksəkdir.

...Ruslar səfərbərliyə alıb gətirdikləri yeni “hərbçilər” hesabına Slobojanski istiqamətində müəyyən müdafiə xətti qurmağa çalışırlar.

Ekspert hesab edir ki, Ukrayna qoşunları Xersona yaxınlaşdıqca ərazilərin azad edilməsi sürəti azalacaq.

“Yayda biz müşahidə etdik ki, Xerson ətrafında üç müdafiə xətti çəkilir. Hətta birinci xətti yarmağa çalışdıq və bir yerdən keçdik, amma hələ də iki xətt var. Buna görə də, çox güman ki, rus qoşunları Xerson istiqamətində intensiv şəkildə geri çəkiləcək və artıq Xersonda bizə döyüş verməyə çalışacaqlar. Onlar bu mövqeləri tuta biləcəklərmi və ya biz bu müdafiə xətlərini yarıb keçə biləcəyikmi, bunu döyüşün özü göstərəcək. Amma biz Xersona qədər yaxşı tempdə qalacağıq”, - Jdanov bildirib.

Onun sözlərinə görə, Xerson istiqamətindəki rus işğalçıları “tükəniblər, lakin qanı axıtmayıblar”.

Həmçinin ruslar Xersonun dinc sakinlərini girov kimi istifadə edə bilərlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə