Putin Zaporojye atom elektrik stansiyasının taleyini həll etdi?

Rusiya prezidenti Vladimir Putin Zaporojye Atom Elektrik Stansiyasının Rusiyanın nəzarətinə verilməsi haqqında fərman imzalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” yazır.

Dövlət başçısı “Zaporojye vilayətinin Rusiya Federasiyasına qəbul edilməsi haqqında” Federal Konstitusiya Qanununa uyğun olaraq “ZNPP Əməliyyat Təşkilatı ASC-yə atom enerjisindən istifadə sahəsində əməliyyat təşkilatı statusu verilməsi haqqında” qərar qəbul edib.

Prezident Rusiya Federasiyası Hökumətinə ZNPP nüvə obyektlərinin və fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan digər əmlakın federal mülkiyyətə qəbul edilməsini təmin etməyi tapşırıb.

Bundan əlavə, Putin “Zaporojye AES” federal dövlət unitar müəssisəsinin yaradılmasını və ona müvafiq əmlakın idarə edilməsi hüququnun verilməsini təmin etməyə çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə