İlhaqla bağlı hazırlanan qətnamə müzakirə olunacaq.

BMT Baş Assambleyası Rusiyanın Ukraynadakı əraziləri “ilhaq etməsini” müzakirə edəcək

BMT-nin sözçüsü bildirib ki, gələn bazar ertəsi BMT Baş Assambleyası Rusiyanın Ukraynanın qismən işğal olunmuş dörd rayonunu ilhaq etməsini müzakirə etmək üçün fövqəladə iclas keçirib. SİA bu barədə rus saytlarına istinad edir.

Diplomatik mənbələr çərşənbə axşamı bildiriblər ki, BMT-yə üzv olan 193 ölkənin iclasında, Rusiyanın ötən həftə Təhlükəsizlik Şurasının bu aktı pisləməsinə veto qoymasından sonra hazırda ilhaqla bağlı hazırlanan qətnamə müzakirə olunacaq.

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, Putinin işğal olunmuş Ukrayna ərazilərinin müstəqilliyini tanıması BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə