Krım tatarları Krımdan gedirlər...

Krım tatarları Krımdan gedirlər...

...Ukrayna Prezidentinin Krım Muxtar Respublikasındakı nümayəndəliyi 10 minə yaxın Ukrayna vətəndaşının işğal olunmuş yarımadanı tərk etdiyini bildirir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yerli

sakinlər işğal olunmuş Krım ərazisini tərk etməkdə davam edirlər ki, onların da əhəmiyyətli hissəsi Krım tatarlarıdır. Məclisdən verilən məlumata görə, 10 minə yaxın yerli vətəndaşı işğal olunmuş Krımdan Rusiyaya və xaricə gedib.

Bildirilir ki, Krımda Ukraynayönlü vətəndaşlar cinayətkar səfərbərliyə cəlb olunmaq üçün təqib edilir. İlk üç gündə təkcə Krım tatarlarına 1500-dən çox qanunsuz çağırış vərəqi verilib. Baş Qərargahın məlumatına görə, işğal olunmuş Krımdan səfərbər edilmiş azı 2000 nəfərin Xerson vilayətinə göndərildiyi artıq məlumdur.

Deyilənlərə görə, oktyabrın 3-də Rusiya ordusunun azı 167 əsgəri artıq işğal olunmuş Krımda dəfn edilib. Onlardan 85-i Ukrayna vətəndaşı olub.

Açıq mənbələrdən əldə edilən məlumata görə, oktyabrın 10-da Rusiya Federasiyası guya “qismən” səfərbərliyin ikinci dalğasını elan edə bilər.

Bu arada qaeyd edək ki, Qeyd edək ki, işğal olunmuş Krımda 2022-ci il oktyabrın 8-dək, işğal olunmuş Sevastopolda isə oktyabrın 13-dək terror təhlükəsinin “sarı səviyyəsi” qüvvədədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə