Ruslar Mariupolun bərpası üçün tacik miqrantları göndərib

Ruslar Mariupolun bərpası üçün tacik miqrantları göndərib

Rusiyanın tikinti şirkətləri işğal altındakı Mariupolun bərpası üçün böyük bir tacik miqrant qrupunu göndərib.

Qeyd edək ki, Ukraynanın şərqinin sənaye mərkəzi olan Mariupol bu ilin mayında rus qoşunlarının nəzarətinə keçib. Bəzi miqrantlar onlara yaxşı maaş verəcəyinə dair vədlərə baxmayaraq xaraba şəhərə getməkdən imtina ediblər.

Amma SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, deyim ki, gedənlər də var. Məsələn onlardan birinin dediyinə görə, işin ilk ayı üçün inşaatçıların hər birinə Moskvada aldıqları məbləğdən iki dəfə çox olmaqla 130 min rubldan (2350 dollar) çox maaş verirlər.

Amma maraqlıdır ki, Mariupola gedən tacik ona sona qədər bu qədər məvacibin veriləcəyinə inanmır.

“…Burada dağılmış yaşayış binalarını bərpa edirik, pəncərələri dəyişdiririk, dam örtüyü yenilənir. Bizi müvəqqəti mənzillə və gündə üç dəfə yeməklə təmin etdilər”, - deyə həmən tacik bildirib.

Qeyd edək ki, Mariupol Donetsk vilayətinin sənaye mərkəzi və Azov dənizindəki ən böyük beynəlxalq ticarət limanıdır. Şəhər uğrunda döyüşlər 2022-ci il fevralın 25-də, Rusiyanın Ukraynaya hücumunun başlamasının ertəsi günü başlayıb. Martın sonunda, bir neçə həftəlik amansız atəşdən sonra Mariupol xarabalığa çevrilib.

Dediyimiz kimi, son bir neçə ay ərzində Rusiya tikinti şirkətləri şəhərin yenidən qurulması üçün işçilər cəlb etməyə başlayıblar. Onlardan bəziləri işçilərə ayda 250 min rubla qədər maaş, müvəqqəti yaşayış yeri və gündə üç dəfə yemək vəd etdilər.

Lakin bəzi miqrantlar şirnikləndirici təklifdən imtina ediblər.

“…Bizi, orada heç bir təhlükə gğzləmədiyini desələr də, amma nə bilmək olar. Müharibə ki, davam edir. Miqrantlar oradan sağ-salamat qayıdacaqmı, bunu ancaq Allah bilir…”. Bunu da Mariupola gələn tacik deyir.

Qeyd edək ki, Mariupolda işləmək üçün göndərilən tacik miqrantların dəqiq sayı məlum deyil. Bəzi iddialara görə, Moskvadakı “Restavratsiya” tikinti şirkəti 110 nəfəri Mariupola işləməyə göndərib ki, onların da əksəriyyəti Tacikistandan olan miqrantlardır. Onun sözlərinə görə, digər şirkətlər də dağıdılmış Mariupolun bərpasında işləmək üçün əmək miqrantları cəlb edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə