25 min miqrant boğularaq ölüb

Aralıq dənizini keçməyə cəhd edərkən həyatını itirən qeyri-qanuni miqrantların sayı açıqlanıb. SİA xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.

Bildirilir ki, son 9 ildə təxminən 25 min miqrant Aralıq dənizində boğularaq ölüb. Həlak olanlar arasında uşaqlar və qadınlar da var.

Onların dəqiq sayı barədə əlavə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə