Duma Ukraynadan ilhaq edilmiş 4 vilayətin Rusiyaya birləşməsini təsdiqləyib

Duma Ukraynadan ilhaq edilmiş 4 vilayətin Rusiyaya birləşməsini təsdiqləyib

Rusiyanın Ukraynaya hücumlarından sonra, Donbass bölgəsindəki Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərində Rusiyanın iştirakı ilə bağlı keçirilən qondarma referendumda qondarma “hə” səsindən sonra sözügedən bölgələrin Rusiya ərazisinə qatılması elan edilib. SİA xəbər verir ki, qərar Rusiya prezidenti Vladimir Putin, Rusiya parlamentinin aşağı palatası olan Duma tərəfindən də təsdiqlənib. Putinin imzaladığı fərmanı Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya parlamentinin aşağı palatası olan Dumanın deputatlarına təqdim edərkən, rusiyalı deputatlar fərmanı yekdilliklə təsdiqləyiblər.

Dumada təsdiqlənən qərara əsasən, Ukraynadan Rusiya Federasiyasına birləşdirilən 4 vilayətin keçid prosesinin 2026-cı il yanvarın 1-dək başa çatdırılması nəzərdə tutulur. Eyni zamanda, deputatların bəyəndiyi layihəyə əsasən, sakinlərin iş, təhsil, sosial, sağlamlıq və pensiya kimi bütün hüquqları Rusiya Federasiyası tərəfindən təmin ediləcək. Regionlardakı əmlakların Rusiya Federasiyasına verilməsi üzrə işlərin 2028-ci il yanvarın 1-də başa çatdırılması nəzərdə tutulur.

Qəbul edilən qərarda bölgənin bütün sakinlərinə Rusiya Federasiyası vətəndaşlığının veriləcəyi bildirilib və bildirilib ki, “Rusiyanın yeni ərazisində yaşayan və bu ərazilərdə əvvəllər yaşayıb Rusiyaya köçmüş şəxslər vətəndaş ola bilərlər.

"Bölgələrin sərhədlərinin də yenidən cızılacağı vurğulanan qərarda, "2023-cü il iyunun 1-dək yeni bölgələrdə regional federal icra orqanları yaradılacaq. Keçid prokurorluq bölmələri də yaradılacaq və Rusiya Federasiyasının məhkəmə sisteminin fəaliyyəti müəyyən ediləcək. Altı ay müddətində rayonlarda bələdiyyələr yaradılsın və bələdiyyələrin hüdudları müəyyən edilsin” ifadələri işlədilib.

Bütün xəbərlər Facebook səhifəmizdə