Belə ki, NATO və ABŞ Rusiyadan gələn nüvə təhdidlərinə cavab verəcəyini gizlətmir.
Verilən xəbərlərə görə, artıq Kremlə xəbərdarlıq edilib ki, Qərb Ukraynadakı rus qruplaşmasına zərbə endirməyə hazırdır və... hazırda rusların bütün hərəkətləri diqqətlə izlənilir.
SİA xəbər verir ki, hərbi ekspert Oleq Jdanov “FREEDOM”a verdiyi açıqlamasında, ABŞ-ın Rusiya Federasiyasının nüvə silahı ilə bağlı bütün hərəkətlərini diqqətlə izlədiyini gizlətməyib.
...Bu gün onsuz da döyüş meydanında nüvə silahından istifadə vasitələri var: eyni “İskəndər” kompleksi, “Toçka U” kompleksi...
Lakin Birləşmiş Ştatlar açıq şəkildə bildirir ki, Rusiya qoşunlarının Ukraynada nüvə silahından istifadə etməsi ilə bağlı danışıqlar başlayan kimi onlar konveksiya silahlarından, yəni adi silahlardan istifadə edərək, çatdırılma maşınlarını məhv etmək üçün qabaqlayıcı zərbə endirəcəklər.
Qeyd edək ki, Rusiya hakimiyyəti dəfələrlə Ukraynada öz məqsədinə çatmaq üçün nüvə silahından istifadə edəcəyinii gizlətməyərək, qarşı tərəfi hədələyib.
Məsələn, sentyabrın 21-də Vladimir Putin yenidən nüvə silahından istifadə barədə danışaraq iddia edib ki, Rusiya Federasiyası ərazi bütövlüyünə iddia edilən təhlükə yaranarsa, bütün vasitələrdən istifadə edəcək.
Qeyd edək ki, Rusiya tərəfi ələ keçirdiyi Ukrayna ərazilərini artıq “öz ərazisi” hesab edir və...təbii ki, bununla barışmayan Kiyev bu əraziləri azad edilməsi ilə fəal məşğul olur.
Bu arada ABŞ dövlət katibi Entoni Blinken Rusiya Federasiyasının ölkəmizə qarşı nüvə silahından istifadə edəcəyi təqdirdə ABŞ-ın dəqiq fəaliyyət planı olduğunu bəyan edib.
Onun sözlərinə görə, Vaşinqton hətta çox yüksək səviyyədə mümkün nəticələr barədə Moskvanı da özəl olaraq xəbərdar edib.
Bu arada qayd edək ki, hələ aprelin sonunda Böyük Britaniyanın o zamankı baş naziri olan Boris Conson ölkəsinin NATO ilə məsləhətləşmədən Rusiyaya cavab nüvə zərbəsi endirə biləcəyini demişdi.
...Və rusiyalı publisist və politoloq Andrey Piontkovskinin fikrincə, Rusiya Federasiyası Ukraynaya qarşı nüvə silahından istifadə edərsə, NATO-ya üzv ölkələr Rusiya Federasiyasının bütün Qara Dəniz Donanmasını tez bir zamanda məhv edəcəklər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB